Ağsuda meşə yanır


Digərləri 28 İyl 2018 11:14:12 284 0

Ağsuda meşə yanır

Ağsu rayonunda meşə yanğını başlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumatda rayonun Qırlar kənd sakinlərinin dağlıq ərazidəki quru ot və kol-kosu yandırdıqları bildirilir. Nəzarətsiz qalan alov getdikcə daha böyük ərazini əhatə edib, yaxınlıqdakı meşə sahəsinə keçib. 

Hadisə yerinə FHN-in Ağsu, Şamaxı və İsmayıllı Dövlət Yanğından Mühafizə hissələrinin 4 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Dağlıq əraziyə yanğınsöndürən avtomobillər çıxa bilmədiyi üçün şəxsi heyət alovun qarşısını əl əməyi ilə almağa çalışır.

Yanğının söndürülməsi üçün tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.