Flora Kərimova: "Röya populyarlaşmaq üçün düz yol seçməyib"


Şou-biznes 28 İyl 2018 11:03:00 311 0

Flora Kərimova: "Röya populyarlaşmaq üçün düz yol seçməyib"

“Bir qadın kimi Röyanı başqa cür görmək istəyirəm"

Bir qadın kimi Röyanı başqa cür görmək istəyirəm. Röyanın səsi mənim və qızımın xoşuma gəlir. Səs diapozu kiçikdir. Həmişə demişəm ki, əgər üzərində işləsə və məşq etsə, bir müddət idarə edəcək. Lakin bu gün daha möhtəşəm səslər var.

Son.az xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova Həmid Həmidovun yutub kanalına verdiyi müsahibəsində deyib. Əfsanəvi sənətkar aparıcının "Röya ilə aranızda qalmaqal varmı?" sualına belə cavab verib:

"Röya ilə nə konfliktim ola bilər ki? Bir qadın kimi ona, sadəcə, arzularım ola bilər ki, özünü belə aparmasın. Populyarlaşmaq üçün o, düz yol seçməyib. Bu yaxınlarda eşitdim ki, artıq heç kimlə qalmaqal etməyəcəyini deyib. Səbəb kimi oğul böyütdüyünü göstərib. Bəs illərdir ki, mən elə bunu demirdimmi?