Benzema Real-la bağlı qərarını açıqladı


İdman 28 İyl 2018 11:04:00 348 0

Benzema Real-la bağlı qərarını açıqladı

Real-ın fransız hücumçusu Kərim Benzema, haqqında çıxan transfer iddialarına cavab verib. Goal.az xəbər verir ki, 30 yaşlı futbolçu “kral klubu”nda qalacağını və burada xoşbəxt olduğunu bildirib. Benzema İspaniya mətbuatına açıqlamasında bunları deyib:

“İndi özümü daha yaxşı hiss edirəm. Burada qalıb, adımı Real-ın tarixinə yazdırmaq istəyirəm. Çətin günlərim də oldu, lakin bu indi vacib deyil. Dünyanın ən yaxşı komandasındayam və burada xoşbəxtəm”.

Benzema son mövsümdə Real-ın heyətində 47 qarşılaşmada iştirak edib. O, bu oyunlarda 12 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.