Rayona getdi, evə qayıdanda meyit tapdı


Digərləri 28 İyl 2018 10:54:00 235 0

Rayona getdi, evə qayıdanda meyit tapdı

Bakıda bir neçə gün öncə ölən şəxsin meyiti tapılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bayıl yaşayış massivində əmisi oğlu ilə birgə yaşayan Şirvan şəhər sakini, 1961-ci il təvəllüdlü Çingiz Ələkbərov iyulun 12-də rayona gedib.

Onun əmisi oğlu, 1962-ci il təvəllüdlü Əkbər Əkbərov isə evdə qalıb. İyulun 26-da rayondan kirayə yaşadıqları evə qayıdan Çingiz qohumunu ölmüş vəziyyətdə tapıb.

Ç.Əkbərov bildirib ki, əmisi oğlu ürək çatışmazlığından vəfat edib.