Meşələrimiz narkotik plantasiyalarına çevrilir


Digərləri 28 İyl 2018 10:40:00 281 0

Meşələrimiz narkotik plantasiyalarına çevrilir

Qax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Son.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən Qax rayonunun Almalı kəndində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib becərən şəxs saxlanılıb. Belə ki, kənd sakini, əvvəllər məhkum olunmuş Bəşarət Daşdəmirov Almalı kəndi ərazisindəki meşə sahəsində aqrotexniki qaydada qulluq edib yetişdirdiyi ümumi çəkisi 39 kiloqrama yaxın, hündürlüyü 114-178 sm olan olan 145 ədəd narkotik tərkibli çətənə bitkiləri polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.