Ronaldonun yerini xorvat futbolçu doldurur?


İdman 28 İyl 2018 10:30:00 259 0

Ronaldonun yerini xorvat futbolçu doldurur?

Kriştianu Ronaldonun Juventus-a keçməsindən sonra Real azarkeşləri başqa qəhrəman tapıb. Goal.az xəbər verir ki, “kral klubu”nun fanatları arasında ən populyar futbolçu Luka Modriçdir. Hazırda Real-lılar ən çox məhz xorvat futbolçunun formalarını almağa üstünlük verirlər. Madridli azarkeşlərinin ən az tələb etdikləri forma Kərim Benzemanındır. Real-ın ingilis azarkeşləri Qaret Beylin, latın amerikalı fanatları isə Keylor Navasın formalarına üstünlük verirlər.