Qarabağ - Kukesi matçına hakim təyinatları açıqlanıb


İdman 28 İyl 2018 10:08:00 284 0

Qarabağ - Kukesi matçına hakim təyinatları açıqlanıb

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək Qarabağ - Kukesi matçının hakimləri məlum olub. Goal.az xəbər verir ki, qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. Matça baş hakim kimi Peter Kralovic çıxacaq. Miroslav Benko və Erik Veiss yan xətt hakimi, Patrik Hrka isə ehtiyat hakim olacaq. Qarabağ - Kukesi matçı avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq. Qarabağ səfərdə keçirilən ilk oyunda 0:0 hesablı nəticə əldə edib.