Sizcə, mən dəliyəm?


Digərləri 28 İyl 2018 09:45:00 284 0

Sizcə, mən dəliyəm?

İlon Mask bu sualı onun haqqında kitab yazan müəllifə ünvanlayıb: 

Sizcə, mən dəliyəm? 

İlon Maskı tanımayanlar üçün kiçik bir arayış verim: 

1971-ci ildə Cənubi Afrikada doğulan Mask müasir dünyamızın ən populyar insanlarındandır. O, özünün yaratdığı və dünyanın 200 ölkəsində işləyən PayPal ödəniş sistemini 1.5 milyard dollara satdıqdan sonra varlanmış insandır. İlon Mask başqalarından fərqli olaraq həmin pulları ən riskli üç ayrı sektora yatırmış insandır. O, PayPal-ın satışından əldə etdiyi gəliri alternativ enerji sektoru olan "Solar System"ə, elektrikmobil istehsalı ilə məşğul olan "Tesla"ya və kosmik araşdırmalarla məşğul olan "Spase X"-ə yatırıb. 

Bəs sizcə, İlon Maks dəlidirmi? 

Gəlin təxmin edək: orta statistik azərbaycanlı birdən-birə əlinə keçmiş böyük miqdarda pulu nəyə yatırardı? İlk ağlınıza gələn şəhərdə çoxlu obyektlər və evlər alıb kirayə vermək, həm vəsaiti daşınmaz əmlak şəklində qorumaq, həm də ki aylıq kirayə gəlirləri hesabına daha da artırmaq. Amma İlon Mask bu cür etmir. O, alternativ enerji, elektromobil və kosmik araşdırma işlərinə girir. Üstəgəl də, "Tesla" elektromobilinin istehsalı üçün tələb olunan bütün məlumatları internetdə açıq mənbələrdə yerləşdirir.

Haqqında kitab yazan müəllif niyə "Tesla"nın sirrlərini açıqladığını soruşduqda isə belə cavab verir: 

"Təsəvvür edin ki, içinə sürətlə su dolan və batmaqda olan bir gəmidəsiniz. Və siz gəmiyə dolan suyu kənara atmaq üçün qab düzəltməyi bacarırsınız. Siz bu qabı düzəltməyi gəmidəki digər şəxslərdən gizlədərdinizmi?" 

İlon Mask, doğrudan da, dəlidirmi? 

2016-cı ildə Ankarada Rusiyanın səfiri Andrey Karlov güllələnir. Qatil qısa bir vaxt içində zərərsizləşdirilir. Onun cibindən iPhone 4S telefonu tapılır. Bu telefonun 4 rəqəmdən ibarət bir şifrəsi olur. Türkiyənin, Çinin və Rusiyanın bütün texnoloji dahiləri nə qədər çalışsalar da, bu 4 rəqəmli şifrəni qıra bilmirlər ki, qətli daha da yaxşı araşdırsınlar. Həmin 4 rəqəmli şifrəni qırmaq üçün Türkiyə dövləti Apple şirkətinə 200 min dollar pul ödəyir. 

Apple şirkəti həm texnologiya satmaqla məşğuldur, həm də həmin texnologiyanın sirrini bərk-bərk qoruyur. Yeri gələndə həmin sirlər sayəsində əlavə gəlir də əldə edir (Türkiyə misalında olduğu kimi). İlon Mask isə iPhone-dən daha qəliz, daha təkmil bir texnologiyanı açıq mənbələrdə yerləşdirir. 


Xəbərə aid video