"Heç bir kişi, qadına elə söz demək cəsarətində olmaz”


Şou-biznes 28 İyl 2018 09:50:00 250 0

"Heç bir kişi, qadına elə söz demək cəsarətində olmaz”

"Hisslərinə nəzarət edən birisi deyiləm"

Son.az aparıcı Çiçəyin yenicag.az-a müsahibəsini təqdim edir:

- Fərqli tərzi olan aparıcısan, paxıllıq edənlərin çoxdur?

- Bu barədə düşünməmişəm.

- Səncə, həmkarlarından nə ilə fərqlənirsən?

- Digər aparıcıları deyə bilmərəm, amma həqiqətən də məni sevənləri çox sevirəm. Məndə olan bu hisslər həqiqidir, yəqin buna görə. Mənə elə gəlir ki, insanlar onlara ötürülən enerjini gözəl hiss edirlər.

- Ekstrimlər olanda, özünü itirirsən?

- Yox. Amma bir dəfə belə bir şey olub. Paraşütdən tullananda bizə demişdilər ki, hərə bir fərqli fikir, ya arzusunu söyləsin. Mən orada özümü itirmişdim. Yerə enəndə hamı deyirdi ki, göydə Allahla danışırdı. Qorxudan Allaha yalvarırdım.

- Fobiyaların varmı?

- Hə, siçandan çox qorxuram.

- Səncə, sənə gözəllik verən nədir?

- Vücudumla bağlı bir şey deyə bilmərəm. Onu bilirəm ki, insan içini təmiz saxlasa, üzündə əks olunur. Bu doğru sözdür. Mən Allahımı çox sevirəm, bəlkə buna görə insanların gözündə gözəl görünürəm.

- Üzdə olan xanımsan. Heç sevgi təklifləri olur?

- O qədər sevgi, evlilik təklifləri almışam ki...

- Hansı təklif səni şoka salıb?

- Çox olub. Amma gəl, onu açıqlamayım, qarşı tərəf inciyər. Tanınmış, subay insan olub ki, mənə evlilik təklifi edib. Amma sonradan biləndə ki, ailəliyəm, üzr istəyib və geri çəkilib.

- "Boşan, səninlə evlənərəm" deyə təkliflər olub?

- Mənə elə gəlir ki, elə bir insan olmaz desin, "boşan səninlə evlənərəm". Heç bir kişi, heç bir qadına elə söz demək cəsarətində olmaz.

- Azərbaycanda olmaz da yəqin ki...


Xəbərə aid fotolar