Bakı bulvarında dənizə düşən şəxs xilas edildi


Digərləri 28 İyl 2018 09:21:00 224 0

Bakı bulvarında dənizə düşən şəxs xilas edildi

Bakıda dənizə düşən şəxs xilas olunub. 

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.