Cəlilabadda 7 yaşlı uşağı avtomobil vurub


Digərləri 28 İyl 2018 08:40:00 214 0

Cəlilabadda 7 yaşlı uşağı avtomobil vurub

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Cəlilabadda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ağır xəsarət alıb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə rayonun Əliqanlı kəndində baş verib.

Küçədə oyun oynayərkən 2011-ci il təvəllüdlü Hacıyev Çapar Ramil oğlunu həmin ərazidən keçən minik avtomobili vurub. Uşaq ağır xəsarət alaraq rayon xəstəxanasına aparılıb.

Orda ona ilkin tibbi yardım göstərilsədə vəziyyəti ağırlaşan uşağı Bakıdakı xəstəxanaların birinə yerləşdiriblər.

Faktla bağlı Cəlilalabad Rayon Polis Şöbəsi araşdırma aparır.