Zukerberqin qara günü: 17 milyard dollar itirdi...


Digərləri 28 İyl 2018 08:25:00 275 0

Zukerberqin qara günü: 17 milyard dollar itirdi...

"Facebook"un rüblük maliyyə hesabatı və bunun nəticəsində şirkət səhmlərinin ucuzlaşması sosial şəbəkənin yaradıcısı və rəhbəri Mark Zukerberqin mövqelərini sarsıdıb. 

Son.az lent.az-a istinadən xəbər verir ki, M. Zukerberq təxminən 16,8 milyard dollar itirib. Əgər səhmlərin ucuzlaşması bugünkü ticarət sessiyasında da davam edərsə, iş adamı planetin ən zəngin insanlarının siyahısında 3-cü yerdən 6-cı sıraya enə bilər.

"Facebook"un maliyyə direktoru Devid Veyner bildirib ki, şirkət gəlirlərinin ümumi artım tempi 2018-ci ilin ikinci yarısında yavaşlamağa davam edəcək: "Biz gözləyirik ki, üçüncü və dördüncü rüblərdə gəlirlərin artımı əvvəlki dövrlə müqayisədə aşağı olacaq".