Çində dam uçdu: 8 nəfər ölüb


Dünya 28 İyl 2018 08:20:00 293 0

Çində dam uçdu: 8 nəfər ölüb

Çinin Çjetszyan əyalətində iri dam örtüyünün uçması 8 nəfər həyatını itirib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə cümə günü axşam baş verib. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, dağıntılar altında əsasən yaşlı insanlar qalıb. Hadisə yerində xilasedicilər işləyir.

O da qeyd olunub ki, daha üç nəfər də yaralanıb. Dağıntılar altında hələ də insanlar var.

Şahidlər deyiblər ki, hadisəyə səbəb pis hava şəraitinin - yağış yağması və güclü külək olması olub.

Faktla bağlı təhqiqat işlərinə başlanılıb.