Bakıda kafedə gənc bıçaqlanıb


Digərləri 28 İyl 2018 08:10:00 202 0

Bakıda kafedə gənc bıçaqlanıb

Məlum olub ki, hər iki şəxs sərxoş vəziyyətdə olub

Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə 3-cü mikrorayon bazarında baş verib.

Bazarda yerləşən "Körpü" kafesində müştəri kimi əyləşən Rüstəmov Yaməddin Asif oğlu digər masadakı şəxslə mübahisə edib. Mübahisənin sonu əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı Y.Rüstəmov qarın nahiyəsindən bıçaqlanıb. Yaralı təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları hadisə yerinə baxış keçirib. Bir nəfər saxlanılıb. .