Chrome şifrələnməmiş saytları təhlükəli sayır


Digərləri 28 İyl 2018 07:51:00 290 0

Chrome şifrələnməmiş saytları təhlükəli sayır

"Google" brauzeri "HTTPS" protokolu ilə qorunmamış saytlara daxilolma zamanı istifadəçiləri mümkün təhlükə haqda xəbərdar etməyə başlayıb. Sayt təhlükəsizlik sertifikatına malik olmadıqda "Chrome 68" brauzerinin ünvan sətrində "təhlükəli" (Not Secure) sözü göstəriləcək.   Son.az ICTnews-a istinadən bildirir ki, brauzerin sonrakı versiyalarında təhlükəli saytlar, həmçinin qırmızı işarə ilə göstəriləcək. Şirkətin nümayəndələri ümid edirlər ki, belə addım istifadəçilərin diqqətini potensial təhlükəli saytlara cəlb edə biləcək.   "Google"un nümayəndələri hesab edirlər ki, bütün saytlar arasında məlumat mübadiləsi "HTTPS" protokolu ilə qorunmalıdır. "Chrome" brauzerinin sentyabrda təqdim ediləcək 69-cu versiyasında şifrlənmiş saytların yaşıl rəngli qıfılla göstərilməsindən imtina ediləcək. İnternet nəhəngi bunu belə izah edir ki, brauzer və sayt arasında məlumatların ötürülməsi başlanğıc ayar kimi şifrlənmiş olmalıdır, buna görə bu faktı qeyd etməyə ehtiyac yoxdur.   HTTPS - bu, brauzer və serverin bir-biri ilə mübadilə etdiyi informasiyanı ələ keçirməkdən qoruyan protokoldur.