Mobil biometrik sistemlər bazarı artır


Digərləri 28 İyl 2018 07:33:00 236 0

Mobil biometrik sistemlər bazarı artır

"Juniper Research" analitik şirkəti məhsul və xidmətlərin ödənişi üçün mobil qurğularda tətbiq edilən biometrik texnologiyaların istifadəsi ilə bağlı araşdırma dərc edib.   Son.az ICTnews-a istinadən bildirir ki, 2023-cü ilədək dünyada müvafiq əməliyyatların həcmi 2 trilyon dollara yaxınlaşacaq ki, bu da 2018-ci illə (124 milyard dollar) müqayisədə 17 dəfə çoxdur. Mütəxəssislər belə sürətli yüksəlişi ödəmə əməliyyatlarının təhlükəsizliyi və telefon istehsalçıları tərəfindən inkişaf etdirilən biometrik platformaların açıqlığı ilə izah edirlər.   Analitiklər hesab edirlər ki, 2023-cü ilədək dünyada istifadə olunan smartfonların 80%-dən çoxu (5 milyarddan çox) müxtəlif biometrik texnologiyalardan istifadə edəcək. İlk öncə mobil qurğulara yalnız barmaq izləri skanerləri quraşdırılırdı, indi isə sifətin tanınması və gözün qüzehi qişası sistemləri populyardır. Yaxın 5 ildə son iki  texnologiya 1 milyarddan çox cihazda tətbiq ediləcək.