Bakıda gənc qız özünü 5ci mərtəbədən atıb


Digərləri 28 İyl 2018 07:25:00 198 0

Bakıda gənc qız özünü 5ci mərtəbədən atıb

Xətai rayonunda intihara cəhd hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Nobel prospektində yerləşən binanın həyətində baş verib.

1997-ci il təvəllüdlü (şərti adı) Hüseynzadə A.Ə qızı özünü yaşadığı mənzilin eyvanından yerə atıb. Beşinci mərtəbədən özünü yerə atan qız xoşbəxtlikdən sağ qalıb. O, orta ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.