Ərdoğanın sentyabrda Almaniyaya səfəri gözlənilir


Dünya 28 İyl 2018 06:32:53 288 0

Ərdoğanın sentyabrda Almaniyaya səfəri gözlənilir

Səfərin məqsədi Almaniya və Türkiyə arasında əlaqələrin daha da inkişaf etdirilməsidir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Bakı. 28 iyul. Report.az / Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya 2014-ci ildənbu yanailk dəfə olaraq sentyabrda səfər etməkniyyətindədir.

"Report" xəbər verir ki, bu barədə Bild qəzetiAlmaniya və Türkiyədəki hökumət mənbələrinə istinadənməlumat yayıb.

Bildirilir ki, 2014-cü ildən bu yana Ərdoğanın prezident kimi Almaniyayailk səfərinin məqsədi iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsidir.

Nəşr qeyd edir ki, hələki səfərin dəqiq tarixi açıqlanmır, lakin bildirilir ki, Türkiyə lideri artıq sentyabrın sonunda Almaniyaya gedə bilər. Səfər zamanı Almaniya prezidentiFrank-Valter Ştaynmayer və digər hökumət nümayəndələri ilə görüşlər nəzərdə tutulur.