Azərbaycan neftinin SON QİYMƏTİ


Digərləri 27 İyl 2018 23:12:00 227 0

Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 26-da 76,07 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,7 dollar/barel çoxdur. Son.az bildirir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 26-da 75,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,7 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 26-da 71,77 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,7 dollar/barel çoxdur.