Narkokartellərin həyatını cəhənnəmə çevirib İtin başına 200 milyon mükafat qoyuldu


Digərləri 27 İyl 2018 23:16:00 375 0

Narkokartellərin həyatını cəhənnəmə çevirib  İtin başına 200 milyon mükafat qoyuldu

Kolumbiyada narkotiklərin çatdırılması və satışı üzrə ixtisaslaşan cinayətkar qruplaşma "Kabus" ləqəbli polis itinin həyatı üçün 200 milyon peso (Kolumbiya pesosu ölkənin milli pul vahididir, təxminən 70 min ABŞ dollarına bərabərdir - red.) mükafat təyin edib.

Son.az xəbər verir ki, bu haqda "Tvnotas" portal bildirib.

Mükafatı "Körfəz klanı" qruplaşmasının lideri Dario Usuqa təyin edib. Məlumata görə, o, hüquq-mühafizə orqanlarının qruplaşmanın planları haqqında informasiya almasından sonra belə bir qərar verib. Polis qruplaşma ilə mübarizə çərçivəsində "Kabus"un paytaxt Boqota aeroportuna köçürülməsi barədə qərar qəbul edib.


Xəbərə aid fotolar