Üzüm yığımına başlanılıb QİYMƏTLƏR VİDEO


Digərləri 27 İyl 2018 22:49:00 197 0

Üzüm yığımına başlanılıb  QİYMƏTLƏR  VİDEO

Cəlilabad bazarında üzüm satışına başlanılıb.

Son.az bildirir ki, bazara ilk olaraq tez yetişən "Pirima" və "Ora" sotları çıxarılıb. Bir həftə qabaq 1 kiloqramı 80 qəpik- 1 manata satılan üzüm sortları hazırda alıcılara 70-80 qəpiyə təklif edilir.

Satıcılar deyir ki, bazarda üzüm sortlarının qiyməti dadına görə də dəyişir. Kişmiş üzüm sortları alıcılara daha baha qimətə təklif olunur. Satıcılar ag və qara kişmiş üzüm sortlarını topdan 1manat 30 qəpiyə alaraq 1manat 50 qəpiyə satışa çıxarır.

Satıcıların sözlərinə görə, üzüm bağlarının ətrafında satılan üzüm sortları alıcılara bazarlarla müqayisədə daha baha təklif edilir. Burada kişmiş üzümü və "Sultanı" 2 manat, "Viktoriya" 1 manat 50 qəpiyə, "Kardinal" isə 1manat 30 qəpiyə satılır.