Sükan arxasında narkotik çəkən avtobus sürücüsü danışdı VİDEO


Kriminal 27 İyl 2018 22:58:00 230 0

Sükan arxasında narkotik çəkən avtobus sürücüsü danışdı  VİDEO

Sükan arxasında siqaretə narkotik maddə dolduran sürücü ''Xəzər Xəbər''ə açıqlama verib.

Son.az bildirir ki, söhbət bir neçə gün əvvəl 202-saylı sərnişin avtobusunda narkotik maddə qəbul etmək istəyən sürücüdən gedir. Sərnişinlərdən biri sürücünün bu əməlini mobil telefonla çəkmiş, sosial şəbəkədə paylaşmışdı. Sonra həmin sürücü elə sükan arxasında olan zaman polis tərəfindən tutulub.

Masallı sakini olan 34 yaşlı İlkin Tağıyev əməlini etiraf edir. O, sükan arxasında siqaretə qurudulmuş marixuana dolduraraq hazır vəziyyətə gətirdiyini deyir.

Sərnişinlərin həyatını təhlükəyə atan İlkin Tağıyev bir neçə ildir ki, narkotik maddə aludəçisidir. O, avtobusda sərnişin olan zaman narkotik qəbul etmədiyini desə də, tibbi müayinə zamanı sürücünün içki və narkotik vasitənin təsiri altında olması aşkarlanıb və bu barədə protokol tərtib edilib.

Araşdırma zamanı o da məlum olub ki, İlkin Tağıyev bu ilin aprel ayının 9-dan etibarən sürücülük hüququndan məhrum edilib.