Dubay polisi dəyəri 20 milyon dollar olan oğurlanmış brilyantı öz sahibinə qaytarıb


Digərləri 27 İyl 2018 22:26:00 279 0

Dubay polisi dəyəri 20 milyon dollar olan oğurlanmış brilyantı öz sahibinə qaytarıb

Dubay polisi yerli şirkətin anbarından oğurlanmış iri brilyantı tapıb və öz sahibinə qaytarıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, çəkisi 9,33 karat, dəyəri 20 milyon dollar olan qiymətli daş mayın 25-də oğurlanıb. Hadisə Dubaydakı sərbəst iqtisadi zonalardan birinin ərazisində baş verib.

Qeyd edilir ki, oğurlanmış daş dəniz yolu ilə ayaqqabı qutusunda Şri-Lankaya göndərilibmiş. Ciddi təhqiqatdan sonra polis bu daşı öz sahibinə qaytarmağa nail olub.