Bu gecə iki böyük astroloji hadisə baş verəcək... VİDEO


Digərləri 27 İyl 2018 22:17:00 290 0

Bu gecə iki böyük astroloji hadisə baş verəcək...  VİDEO

Bu gecə iki böyük astroloji hadisə baş verəcək: son 100 ilin ən uzun Ay tutulması baş verəcək, həmçinin Mars planeti yerə ən yaxın məsafədə olacaq.

Son.az bildirir ki, Ay yerin kölgəsinə girəcək və bununla da son 100 ilin ən uzun ay tutulması hadisəsi yaşanacaq.

Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdiri Ətayi Ədalət deyir ki, bu hadisə baş verən zaman ay tünd qırmızı, qəhvəyi rəngə boyandığı üçün, el arasında bu hadisəyə "Qanlı Ay" tutulması da deyirlər. Rənglərin bu cür müxtəlif olması isə atmosferdəki fiziki şəraitdən asılıdır.

Bu gecə həm də Mars planetinin Yerlə böyük qarşıdurması hadisəsi baş verəcək. 15-17 ildən bir təkrarlanan bu hadisə zamanı Mars yerə adi haldan 5 dəfə daha yaxın məsafədə olacaq.