Bazarlarda satılan ərik və gilas yerli məhsuldurmu? VİDEO


Digərləri 27 İyl 2018 22:04:00 569 0

Bazarlarda satılan ərik və gilas yerli məhsuldurmu?  VİDEO

Ərik və gilasın mövsümü bitmiş hesab olunsa da, bazarlarda satışda hələ də bu meyvələrə rast gəlmək mümkündür.

Son.az bildirir ki, bəzi satıcılar bu meyvələrin yerli məhsul olduğunu deyir. Anma bəziləri isə bu vaxt yerli gilas və əriyin olmadını bildirir.

Satışda olan və yerli kimi satılan əriyin qiyməti 1 manatdan başlayır.

Bəzi satıcılar isə satdıqları əriyin soyuducu şəraitində saxlanıldığını deyir. Bundan başqa, bazarlara Türkiyədən də ərik gətirilir. Satışda olan gilasların isə əsasən yerli olduğu iddia edilir. Qiymət 2 manatdan 5 manata qədər dəyişir. Alıcılar da bu vaxt yerli gilasın ola biləcəyini deyir.