Astarada quldurluqla özgəsinin pulunu ələ keçirən şəxs saxlanılıb


Digərləri 27 İyl 2018 20:44:00 474 0

Astarada quldurluqla özgəsinin pulunu ələ keçirən şəxs saxlanılıb

Astara Rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri ilə özgəsinə məxsus yaşayış evinə daxil olaraq quldurluq yolu ilə ev sahibinin pulunu ələ keçirən şəxs saxlanılıb.

Bakı. Astara Rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri ilə özgəsinə məxsus yaşayış evinə daxil olaraq quldurluq yolu ilə ev sahibinin pulunu ələ keçirən şəxs saxlanılıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Astara rayonunun Şahağacı kənd sakini olan bir qadın DİN-in "102 xidməti-zəng mərkəzi"nə müraciət edərək iyulun 27-də gecə saatlarında üzünə maska geyinmiş naməlum şəxsin onun yaşadığı evə pəncərədən daxil olaraq əlindəki bıçaq və mişarla hədələyib 5 min rus rublu və 2 min manat pulunu ələ keçirdiyini bildirib. RPŞ əməkdaşlarının "isti izlərlə" keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət hadisəsini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Aparılan araşdırmalarla həmin şəxsin Astara rayonunun Şahağacı kənd sakini Rövşən Abdullayev olduğu müəyyən edilib və saxlanıldıqdan sonra cinayət hadisəsi zamanı istifadə etdiyi əlcək, maska və quldurluq yolu ilə əldə etdiyi 5 min rus rublu maddi sübut kimi götürülüb.