Fəhlənin yanaraq ölməsi ilə bağlı cinayət işi açıldı


Digərləri 27 İyl 2018 19:28:00 265 0

Fəhlənin yanaraq ölməsi ilə bağlı cinayət işi açıldı

İyulun 25-də, saat 16 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində fəaliyyət göstərən "Sen İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə işləyən, 1964-cü il təvəllüdlü Qurbanov Ağaməli Mirzəbala oğlu həmin müəssisənin həyətyanı sahəsində istismar müddəti bitmiş yük avtomobilinin yanacaq çənini qaz kəsici alətlə kəsərkən yanacaq məhlulunun üzərinə tökülməsi nəticəsində yanıq xəsarətləri alaraq Bakı şəhəri 5 nömrəli xəstəxanaya yerləşdirilib və iyulun 26-da orada vəfat edib.

Baş Prokurorluqdan Son.az-a verilən məlumata görə, faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.