Tanınmış şairin yeni kitabı çıxdı


Digərləri 27 İyl 2018 19:24:00 235 0

Tanınmış şairin yeni kitabı çıxdı

Sumqayıtdakı Əli Kərim adına Poeziya klubunun direktoru, tanınmış şair İbrahim İlyaslı yeni şeirlər kitabı ilə oxucuların görüşünə gəlib.

Son.az lent.az-a istinadən xəbər verir ki, "Hamı bir körpüdən keçir", "Mən bir söz bilirəm", "Yuxuma söykənmiş adam" adlı kitablarından sonra sayca dördüncü olan bu nəşr "Şair olmaq zülümdür" adlanır.

Kitaba müəllifin seçmə şeirləri və son illərdə müxtəlif mövzularda qələmə aldığı poeziya nümunələri daxil edilib.