Lənkəranda 32 sahibkara 343,2 min manat güzəştli kredit verilib


Digərləri 27 İyl 2018 19:23:00 217 0

Lənkəranda 32 sahibkara 343,2 min manat güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi və investisiya layihələrinin maliyyələşdirilməsi tədbirlərini davam etdirir.

Bakı. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi və investisiya layihələrinin maliyyələşdirilməsi tədbirlərini davam etdirir. Nazirlikdən Trend-ə verilən məlumata görə, bu istiqamətdə növbəti tədbir Lənkəran rayonunun Tütəpeştə kəndində keçirilib. Sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum çərçivəsində Lənkəran rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq, çəltikçilik, sitrus bağçılıq, çayçılıq, tingçilik və xalçaçılıq təsərrüfatlarının, çəltik və çay emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru vəzifəsinin icraçısı Arif Vəliməmmədov Fondun fəaliyyəti və güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, 2018-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin ümumi dəyəri 490 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 111,2 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 7400-dək yeni iş yerinin açılmasına imkan yaradır.