2 otaqlı ev yandı


Digərləri 27 İyl 2018 18:42:00 255 0

2 otaqlı ev yandı

Ağdaşda yanğın olub.

FHN-dən Son.az-a verilən məlumata görə, rayonun Qarağan Şıxlar kəndində ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Evə bitişik ümumi sahəsi 20 m² olan talvar yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.