Astarada yaşadığı evin həyətində narkotik bitkilər əkib becərən şəxs tutulub


Digərləri 27 İyl 2018 18:42:00 238 0

Astarada yaşadığı evin həyətində narkotik bitkilər əkib becərən şəxs tutulub

Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.

Bakı. Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən Astara rayonunun Ərçivan qəsəbəsində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib becərən şəxs saxlanılıb.