Juventus bu yay onu satmayacaq


İdman 27 İyl 2018 18:40:00 318 0

Juventus bu yay onu satmayacaq

Juventus bosniyalı yarımmüdafiəçisi Miralem Pyaniçin gələcəyinə aydınlıq gətirib. Goal.az xəbər verir ki, "Qoca senyora" nəhəng klubların təkliflərinə baxmayaraq, 28 yaşlı futbolçunu komandada saxlayacaq.

Juventus Pyaniçin illik məvacibini artırmağı da planlaşdırır. Hazırda ilinə 5 milyon avro qazanan futbolçu yeni müqavilə ilə illik 7 milyon avro əldə edəcək. Pyaniçin müqavilə müddətinin 2022-ci ilə qədər uzadılacağı gözlənilir. Manchester City, Chelsea və Barcelona onun xidmətlərində maraqlı idi.