Reper MOT: Gənç ifaçılar üçün Bakıda "Jara-2018"də çıxış etmək böyük şansdır (FOTO)


Digərləri 27 İyl 2018 18:34:00 288 0

Reper MOT: Gənç ifaçılar üçün Bakıda "Jara-2018"də çıxış etmək böyük şansdır (FOTO)

Gənç ifaçılar üçün Bakıda "Jara-2018" festivalında çıxış etmək böyük şansdır.

Bakı. Vüqar İmanov, Cani Babayeva - Gənç ifaçılar üçün Bakıda "Jara-2018" festivalında çıxış etmək böyük şansdır. Trend-in məlumatına görə, bunu Rusiyanın məşhur rep-ifaçısı MOT (Matvey Melnikov) bildirib. O deyib: "Şou-biznesin nəhəngləri ilə bir səhnəni bölüşmək gənc artistlər üçün gözəl başlanğıcdır. Təşkilatçılara təşəkkür edirəm, artıq üçüncü ildir ki, ardıcıl olaraq məni bu möhtəşəm tədbirdə iştirak etməyə dəvət edirlər". Qeyd edək ki, Bakı üçüncü ildir ki, “Jara” Beynəlxalq Musiqi Festivalına ev sahibliyi edir. Bu gün festival çərçivəsində Leonid Aqutin və Valeriyanın yubiley gecələri keçiriləcək. Habelə EMIN, The Jigits, Aleksandr Panayotov, Aleksey Çumakov, Anjelika Varum, Ani Lorak, Anna Sedokova, Anya Şulqina, Valeriya, Vladimir Presnyakov, Qlyuk’oza, Qriqori Leps, Danil Buranov, Jasmin, İrina Dubtsova, Kristina Orbakayte, Natali, Natalya Podolskaya, Nikolay Baskov, Slava, Stas Pyexa, Filip Kirkorov, Yulianna Karaulova, Yuliya Kovalçuk və başqaları tamaşaçılara xoş anlar yaşadacaqlar.