Azərbaycan artilleriyaçıları sınaq atışlarında iştirak edib (FOTO)


Digərləri 27 İyl 2018 18:21:00 263 0

Azərbaycan artilleriyaçıları sınaq atışlarında iştirak edib (FOTO)

“Artilleriya atəşinin ustaları” müsabiqəsində sınaq atışları icra olunub

Bakı. “Beynəlxalq Ordu Oyunları - 2018” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak edən komandalar yarışların şərtləri ilə tanış olub, silahlardan sınaq atışları icra ediblər. Bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan artilleriyaçılarının da qatıldığı müsabiqədə 11 ölkədən komanda iştirak edir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin