Məcburi köçkünlərə vəsiqələr səyyar xidmətlə təqdim edilib (FOTO)


Digərləri 27 İyl 2018 18:15:00 236 0

Məcburi köçkünlərə vəsiqələr səyyar xidmətlə təqdim edilib (FOTO)

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Gəncə şəhəri və Göygöl rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərdən bir qrupuna, mövcud qanunvericilik əsasında, onların statusunu təsdiqləyən vəsiqənin təqdimolunması üçün səyyar xidmət təşkil edib.

Bakı. Elçin Mehdiyev - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Gəncə şəhəri və Göygöl rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərdən bir qrupuna, mövcud qanunvericilik əsasında, onların statusunu təsdiqləyən vəsiqənin təqdimolunması üçün səyyar xidmət təşkil edib. Komitədən Trend-ə verilən məlumata görə, səyyar xidmət iyulun 27-də Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə göstərilib. Komitənin məsul işçiləri, mövcud qaydalar əsasında, status sənədi almaq üçün müraciət etmiş 100 nəfər məcburi köçkünəvəsiqə təqdim ediblər. Onlardan bir nəfərinə - fiziki imkanları məhdud olan məcburi köçkünə vəsiqə evində təqdim olunub. Məcburi köçkün vəsiqəsi alanların 30 faizi özünün müvafiq statusunun təsdiq olunması üçün Komitəyə müraciət etmiş abituriyentlərdir.