Azərbaycanla Misir arasında birbaşa aviareyslərin açılması niyə gecikir?


Digərləri 27 İyl 2018 17:54:00 238 0

Azərbaycanla Misir arasında birbaşa aviareyslərin açılması niyə gecikir?

"Azərbaycanla Misir arasında birbaşa aviareyslərin açılması barədə razılıq olsa da, bu proses bir sıra səbəblərdən uzanır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Misirin Azərbaycandakı səfiri Adel İbrahim Əhməd İbrahim deyib.

Səfir bildirib ki, aviaşirkətlər birbaşa reyslərin açılması nəticəsində böyük maliyyə itkiləri ilə qarşılaşacaqlarını düşünürlər: "Təbii ki, bu da prosesin uzanmasına gətirib çıxarır".

Diplomat qeyd edib ki, iki ölkə arasında turizm sahəsində münasibətləri inkişaf etdirmək və turist axınının artmasına nail olmaq lazımdır: "Bu, öz növbəsində, birbaşa reyslərin açılmasına zəmin yaradacaq. İki ölkə arasında böyük turist axını olmalıdır. Bundan başqa, Azərbaycanla Misir arasında əmtəə dövriyyəsi də birbaşa aviaəlaqənin olmamasına görə yüksək səviyyədə deyil".