Alimlərimizin verdiyi quruluş əsasında hazırlanan fotodiodlar Yaponiya şirkətinin məhsullarından üstün oldu


Digərləri 27 İyl 2018 17:38:00 260 0

Alimlərimizin verdiyi quruluş əsasında hazırlanan fotodiodlar Yaponiya şirkətinin məhsullarından üstün oldu

Koreyanın NanoFab mərkəzində AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) tərəfindən təklif olunan quruluş əsasında MSFD fotodiodların yeni nümunələri hazırlanır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasında "Azərkosmos"ASC-nin və AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) birgə görüşündə məlumat verilib.

Görüşdə SETM-in 2№ li laboratoriyasının müdiri, fizika üzrə fəlsəfə doktoru Fərid Əhmədov kiçik ölçülü peyklər üçün mikropikselli silisium fotogücləndiriciləri əsasında yeni qamma və ionlaşdırıcı zərrəcik detektorlarının hazırlanmasına dair təqdimatla çıxış edib. F.Əhmədov 2015-2016-cı illərdə tərəflərindən təklif olunan quruluş əsasında Koreyanın NanoFab mərkəzində MSFD fotodiodların yeni nümunələrinin hazırlandığını deyib. Qeyd edib ki, bu fotodiodlar Yaponiyanın Hamamatsu şirkətinin son model məhsulları ilə müqayisə olunub və üstünlüyü ilə seçilib. Bir sıra xarici ölkələrin təqdiqat mərkəzləri və istehsal şirkətləri tərəfindən maraqla qarşılanıb.