Xaricdə Azərbaycan məhsullarına tələbat artır


Digərləri 27 İyl 2018 17:41:00 178 0

Xaricdə Azərbaycan məhsullarına tələbat artır

"Azexport" yeni beynəlxalq elektron satış portalları ilə əməkdaşlığa başlayıb.

Bakı. "Azexport" yeni beynəlxalq elektron satış portalları ilə əməkdaşlığa başlayıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, "Azexport.az" portalı “Made in Azerbaijan” brendi məhsullarının ixrac coğrafiyasını genişləndirmək və yerli istehsalçılara yeni potensial müştərilərin tapılmasında dəstək olmaq məqsədilə daha bir neçə beynəlxalq elektron satış portalları ilə əməkdaşlığa başlayıb. Portal ziyarətçilərinin əsas hissəsini Körfəz və Okeaniya ölkələri təşkil edən www.go4worldbusiness.com, Hindistan bazarını əhatə edən www.tradeindia.com, www.indiamart.com və MDB ölkələrində son illərdə aqrar məhsulların satışında ixtisaslaşan www.agrorubo.ru kimi beynəlxalq elektron satış portallarına inteqrasiya edilib.