Bakıda 77 yaşlı kişini vurub öldürən avtobus sürücüsü HƏBS EDİLDİ


Digərləri 27 İyl 2018 17:09:00 225 0

Bakıda 77 yaşlı kişini vurub öldürən avtobus sürücüsü HƏBS EDİLDİ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Əflatun Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ə. Cəfərov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub.