Azərbaycanın ən məhsuldar rayonlarının ADLARI məlum oldu


Digərləri 27 İyl 2018 17:17:00 235 0

Azərbaycanın ən məhsuldar rayonlarının ADLARI məlum oldu

Azərbaycanda dənli və dənli-paxlalı bitkilərin kütləvi biçini davam edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, 2018-ci il iyul ayının 23-nə olan məlumata əsasən payızlıq və yazlıq dənli və dənli-paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 1 milyon 049,3 min hektar sahənin 974,3 min hektarı və ya 92,9 faizi biçilərək məhsulu yığılıb.

Toplanmış məhsul 2 milyon 833,4 min ton təşkil edib və məhsuldarlıq 29,1 sentnerə bərabər olub. Yığılmış məhsulun 1 milyon 895,3 min tonu və ya 66,9 faizi buğda, 913,3 min tonu (32,2 faizi) arpa, 24,8 min tonu (0,9 faizi) digər dənli və dənli-paxlalı bitkiləridir.

Respublikanın 11 rayonunda dənli və dənli-paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. 32 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90,0 faizindən çoxu biçilib, digər rayonlarda isə 90,0 faizdən aşağı olub.