İqtisadiyyat naziri Cocuq Mərcanlıda vətəndaşları qəbul edib (FOTO)


Digərləri 27 İyl 2018 17:15:00 260 0

İqtisadiyyat naziri Cocuq Mərcanlıda vətəndaşları qəbul edib (FOTO)

İqtisadiyyat naziri Şahin Mustafayev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Füzuli, Cəbrayıl və Beyləqan rayonlarından olan vətəndaşları qəbul edib.

Bakı. İqtisadiyyat naziri Şahin Mustafayev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Füzuli, Cəbrayıl və Beyləqan rayonlarından olan vətəndaşları qəbul edib. İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbula gələnlər güzəştli kreditlərin verilməsi, heyvandarlıq, Cocuq Mərcanlı qəsəbəsinə suvarma suyunun çəkilməsi, Füzuli rayonunun Zobucuq-3 qəsəbəsində xalçaçılıq emalatxanasının, özünüməşğulluq proqramı çərçivəsində ailə təsərrüfatının yaradılması, sosial və s. məsələlərlə bağlı müraciət ediblər. İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verilib. İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciət edən vətəndaşlara ətraflı izahat verilib, bu müraciətlər aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb.