Soqdiana: Bakı inanılmaz dərəcədə gözəl, günəşli və təmtəraqlıdır FOTO


Kriminal 27 İyl 2018 16:55:00 378 0

Soqdiana: Bakı inanılmaz dərəcədə gözəl, günəşli və təmtəraqlıdır  FOTO

"Jara-2018" festivalı başladı! Bakı inanılmaz dərəcədə gözəl, günəşli və təmtəraqlıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bu sözləri məşhur Rusiya müğənnisi Soqdiana özünün "Instagram" səhifəsində paylaşıb.

Daha sonra festival iştirakçısı yazıb: "Yuxusuzuq, amma elə müsbət əhval-ruhiyyədəyik ki...Musiqi və gözəl insanlarla birlikdə".

Qeyd edək ki, Bakı üçüncü ildir ki, "Jara" Beynəlxalq Musiqi Festivalına ev sahibliyi edir.

Bu gün festival çərçivəsində Leonid Aqutin və Valeriyanın yubiley gecələri keçiriləcək. Habelə EMIN, The Jigits, Aleksandr Panayotov, Aleksey Çumakov, Anjelika Varum, Ani Lorak, Anna Sedokova, Anya Şulqina, Valeriya, Vladimir Presnyakov, Qlyuk'oza, Qriqori Leps, Danil Buranov, Jasmin, İrina Dubtsova, Kristina Orbakayte, Natali, Natalya Podolskaya, Nikolay Baskov, Slava, Stas Pyexa, Filip Kirkorov, Yulianna Karaulova, Yuliya Kovalçuk və başqaları tamaşaçılara xoş anlar yaşadacaqlar.


Xəbərə aid fotolar