Əliyar Ağayev Çempionlar Liqası matçına təyinat alıb


İdman 27 İyl 2018 16:14:00 255 0

Əliyar Ağayev Çempionlar Liqası matçına təyinat alıb

FİFA referisi Əliyar Ağayev daha bir avrokubok qarşılaşmasında meydana çıxacaq. Goal.az xəbər verir ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində avqustun 7-də Avstriyada Salzburg klubu ilə ikinci təsnifat mərhələsinin Shkendija (Makedoniya) - Sheriff (Moldova) cütünün qalibi arasında keçiriləcək qarşılaşmanın baş hakimi Əliyar Ağayev olacaq. Ona Rza Məmmədov və Zeynal Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.