Azərbaycan alimlərinin verdiyi quruluş əsasında hazırlanan fotodiodlar Yaponiya şirkətinin son model məhsullarından üstün olub


Digərləri 27 İyl 2018 16:19:00 212 0

Azərbaycan alimlərinin verdiyi quruluş əsasında hazırlanan fotodiodlar Yaponiya şirkətinin son model məhsullarından üstün olub

Koreyanın NanoFab mərkəzində AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) tərəfindən təklif olunan quruluş əsasında MSFD fotodiodların yeni nümunələri hazırlanır.

Bakı. İlhamə İsabalayeva - Koreyanın NanoFab mərkəzində AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) tərəfindən təklif olunan quruluş əsasında MSFD fotodiodların yeni nümunələri hazırlanır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasında “Azərkosmos”ASC-nin və AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) birgə görüşündə məlumat verilib.