"Azərsu" sədrindən su təminatı ilə bağlı


Digərləri 27 İyl 2018 16:10:00 268 0

"Azərsu" sədrindən su təminatı ilə bağlı

Su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanmış 50 şəhər və rayon mərkəzinin 25-də su və kanalizasiya şəbəkələrinin, 10-da isə su şəbəkələrinin inşası yekunlaşıb.

Son.az-ın məlumatına görə, bunu "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin 2018-ci ilin yanvar-iyun ayları üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.

ASC sədri deyib ki, içməli su çatışmazlığının müşahidə edildiyi Oğuz rayonunun Astarxanovka, Vladimirovka, Qarabulaq, Ağstafa rayonunun Yeni Gün, Masallı rayonunun Məmmədxanlı, Göyçay rayonunun İkinci Ərəbcəbirli, Qusar rayonunun Aşağı Ləgər və Xızı rayonunun Yeni Yaşma kəndlərində içməli su təchizatı layihələrinin icrası yekunlaşıb.

Həmin layihələr hesabına ümumilikdə 10 minə yaxın sakin keyfiyyətli içməli suya çıxış imkanı qazanıb.


Xəbərə aid fotolar