Xırdalanda arvadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb


Sosial 27 İyl 2018 15:24:21 260 0

Xırdalanda arvadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Məhkəmənin baxış iclası iyulun 3-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Seynur Abbasovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçiirlən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiirlib.

Məhkəmənin baxış iclası iyulun 3-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il martın 22-də Xıradalan şəhərində baş verib. 29 yaşlı Türkanə Məmmədcanova evdə həyat yoldaşı, 40 yaşlı S.Abbasovla mübahisə edib. Qısqanclıq nəticəsində yaranan mübahisə zamanı S.Abbasov T.Məmmədcanovaya bir neçə bıçaq zərbəsi vurub.

Yaralı çoxlu qan itirərək hadisə yerində dünyasını dəyişib.

Həyat yoldaşını öldürən S.Abbasov bıçaqla özünə də xəsarət yetirib. O, polis nəzarətində xəstəxanaya çatdırılıb. Həkimlər yaralının həyati təhlükəsini aradan qaldırıblar.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.