Dünyaca məşhur robot Bakıya gəlir (FOTO)


Digərləri 27 İyl 2018 15:28:00 219 0

Dünyaca məşhur robot Bakıya gəlir (FOTO)

27-28 oktyabr tarixlərində Keepface DMCC və FA International Trade Events şirkətinin əməkdaşlığı ilə Bakıda təşkil olunacaq “Global Influencer Day” tədbirində dünyaca məşhur Robot Sophia çıxış edəcək.

Bakı. 27-28 oktyabr tarixlərində Keepface DMCC və FA International Trade Events şirkətinin əməkdaşlığı ilə Bakıda təşkil olunacaq “Global Influencer Day” tədbirində dünyaca məşhur Robot Sophia çıxış edəcək. Süni intellekt (AI) əsasında Hanson Robotics şirkəti tərəfindən yaradılan Sophia danışıq tərzi, zarafatları və düşündürən cavabları ilə insana olduqca bənzər şəkildə yaradılıb. Sophianın insanlarla göz təması qura bilməsi və insanları tanıya bilməsi üçün kameraları və özəl yazılım sistemi var. O həmçinin Səudiyyə Ərəbistanı vətəndaşı elan edilib. Hanson Robotics tərəfindən hazırlanmış Sophianın oyanış videosunu aşağıdakı linkdən izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=LguXfHKsa0c