Bu hadisə yeməyimizə və sağlamlığımızın qorunmasına təsir edəcək FOTO


Digərləri 27 İyl 2018 14:51:00 229 0

Bu hadisə yeməyimizə və sağlamlığımızın qorunmasına təsir edəcək  FOTO

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi arasında qida təhlükəsizliyi və kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasına həsr olunmuş mərasim keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən Son.az-a verilən məlumata görə, imzalanma mərasimində çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, son illər Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda qeyri-neft sektoruna göstərilən yüksək diqqətin nəticəsi kimi iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bununla da kənd təsərrüfatı sahəsində sosial iqtisadi göstəricilər yüksəlib və respublikada bu sahənin inkişafı prosesində əhəmiyyətli uğurlar əldə olunub.

Nazir ölkədə qida təhlükəsizliyinin təminatı sahəsində qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün bu prosesdə iştirak edən dövlət qurumları arasında əməkdaşlığın və məlumat mübadiləsi aparılmasının vacib olduğunu deyib. İnam Kərimov qeyd edib ki, Anlaşma Memorandumu çərçivəsində hər iki qurum insan sağlamlığının qorunmasında kənd təsərrüfatı məhsullarının istehsalı, idxalı və ixracı zamanı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş prinsip və normalara əməl olunmasını, qida zəncirinin bütün mərhələlərində xidmətlərin keyfiyyətinin artırılmasını təmin edəcək.

Daha sonra çıxış edən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, milli iqtisadiyyat perspektivləri üzrə həyata keçirilən islahatlar, kənd təsərrüfatı və qida sənayesi sektorunda müasir standartların tətbiqi kənd təsərrüfatının inkişafı ilə yanaşı qida təhlükəsizliyinin təmin olunmasına nəzarət imkanlarını da genişləndirməkdədir. AQTA sədrinin sözlərinə görə, Azərbaycanın kənd təsərrüfatı və qida sahəsi üzrə həyata keçirilən tədbirlər daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksək keyfiyyətili və təhlükəsiz qida məhsullarının istehsalına köməklik göstərəcəkdir.


Xəbərə aid fotolar