Lyubov Uspenskaya: "Mən Bakını çox sevirəm"


Şou-biznes 27 İyl 2018 14:52:00 286 0

Lyubov Uspenskaya: "Mən Bakını çox sevirəm"

Bakı inanılmaz dərəcədə gözəl şəhərdir. Burada 25 il əvvəl olmuşdum. O zaman Heydər Əliyev yeni hakimiyyətə gəlmişdi. Onun yorulmaz fəaliyyəti, güclü iradəsi sayəsində qısa bir zamanda dağınıq olan şəhərdə sabitlik, sülh yaradıldı. Ötən müddət ərzində paytaxtınız çox dəyişib. Mən Bakının gözəlliyinə aşiq oldum. Şəhəri tanıya bilmədim.

Son.az bildirir ki, bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Rusiyanın tanınmış müğənnisi Lyubov Uspenskaya deyib.

Bu illər ərzində Bakının dünyanın ən gözəl paytaxt şəhərlərindən birinə çevrildiyini bildirən L.Uspenskaya qonşu ölkənin belə sürətli inkişafının Avropa və Şərq dəyərlərini özündə birləşdirməsinin onu sevindirdiyini vurğulayıb: "Azərbaycan xalqı qonaqpərvərdir. Festivala üç ay öncədən hazırlaşırdım. Tamaşaçılara sürprizim var. Polad Bülbüloğlu ilə birgə "Çiçək, çiçək" mahnısını ifa edəcəyəm. Bu şəhərdə gəzmək istərdim. Mənim dostlarım da hazırda mənimlədir".