Dünya çempionatı-2018-in ən yaxşı qolu müəyyənləşib


İdman 27 İyl 2018 14:52:00 242 0

Dünya çempionatı-2018-in ən yaxşı qolu müəyyənləşib

DÇ-2018-in ən gözəl qolu müəyyənləşib. Goal.az  xəbər verir ki, FİFA-nın saytında keçirilən səsvermədə azarkeşlər Fransa millisinin üzvü Benjamen Pavarın qolunu fərqləndiriblər. Burda 64 matçda qeydə alınan 169 qoldan 18-nin namizəd kimi göstərilirdi. 

Fransa ilə Argentina arasındakı 1/8 final mərhələsi matçında birincilərin müdafiəçisinin hesabı 2:2 edən qolu bütün digər namizədlərdən daha çox səs toplayıb. Sözügedən oyun Fransa millisinin 4:3 hesablı qələbəsi ilə yekunlaşmışdı. 2006-cı ildən təsis olunan “Mundialın ən gözəl qolu” nominasiyasında ilk dəfə avropalı oyunçu qalib adını qazanıb. Bu vaxta qədər Maksi Rodrigez (Argentina – 2006), Dieqo Forlan (Uruqvay – 2010) və Xames Rodrigezin (Kolumbiya – 2014) qolları ən yaxşı adına layiq görülmüşdü.